Ronaldo yenidən İspaniyaya qayıda bilər - İddia


“Mançester Yunayted”in və Portuqaliyanın ulduzu Kriştiano Ronaldo ilə bağlı yeni iddia gündəmə gəlib.
Yeniavaz.com
xəbər verir ki, “The Times” İspaniyanın “Atletiko Madrid” klubunun Kriştiano Ronaldonu La Liqaya qaytarmaq üçün fransalı ulduzu Antuan Qrizmanı transfer bazarına çıxardığını iddia edib. İspan klubu Ronaldonun maaşını ödəmək üçün keçən həftə fransalı futbolçunu potensial menecerlərə, o cümlədən “Paris Saint-Germain”ə (PSJ) təklif edib.
2019-cu ildə 120 milyon avro qarşılığında “Barselona”ya keçən Qrizman keçən yay yenidən “Atletiko”ya qayıdıb. 31 yaşlı futbolçu 40 milyon avroluq “məcburi daimi transfer bəndi” olan iki mövsümlük icarə müqaviləsinin ortasındadır. Neymar da daxil olmaqla, həddindən artıq maaşlı, aşağı performans göstərən oyunçularını əldən çıxarmağa çalışan PSJ isə Qrizmanı almaqda maraqlı deyil.
Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasında yer almadığı üçün Ronaldo “Qırmızı şeytanlar”la yollarını ayırmaq niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top