
Rusiya hökuməti Baham adalarını, eləcə də Gernsi və Man adalarını "dost olmayan ölkələr və ərazilər" siyahısına daxil edib.
Yeniavaz.com RİA-ya istinadla xəbər verir ki, siyahının genişləndirilməsi barədə Nazirlər Kabinetinin Telegram kanalında məlumat verilib.
Qeyd olunur ki, Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalara dəstək verdiyi üçün Gernsi və Man adaları siyahıya daxil edilib. Baham adaları isə Rusiya Maliyyə Nazirliyi, bir sıra Rusiya kredit təşkilatları və Rusiya Bankı ilə hər hansı əməliyyatlara onların ərazisində tətbiq edilən qadağaya görə siyahıya daxil edilib .
Xatırladaq ki, Rusiya hökuməti bu yaxınlarda siyahıya Danimarka, Yunanıstan, Xorvatiya, Sloveniya və Slovakiyanı da daxil etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz