"Yunanıstan Lozanna müqaviləsini pozur" - Ərdoğan


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lozanna Sülh Müqaviləsinin imzalanmasının 99-cu ildönümü münasibətilə mesaj yayıb.
Yeniavaz.com
“Anadolu agentliyi”nə istinadən xəbər verir ki, Ərdoğan, bu gün Türkiyə Cümhuriyyətinin təsis sənədlərindən biri olan Lozanna Sülh Müqaviləsi imzalanmasının 99-cu ildönümünün reallaşdığını bildirib:
“Lozanna Sülh Müqaviləsi ilə quru sərhədlərimiz çəkildi, kapitulyasiyalar ləğv edildi, Yunanıstanda qalan türk azlığının hüquqları təmin edildi, sahillərimizə yaxın olan yunan adaları qorundu. Onun qeyri-hərbi statusu bir daha təsdiqləndi”.
Ərdoğan Yunanıstanın Lozanna Sülh Müqaviləsinin şərlətini pozduğunu bildirib:
“Lakin son dövrdə müqavilədə qeyd olunan şərtlər, xüsusən də türk azlığının hüquqlarına Yunanıstan tərəfindən məhəl qoyulmayıb və ya qəsdən pozulub. Ölkəmizin mehriban qonşuluq münasibətləri və müqaviləyə sadiqlik prinsipinə sığmayan bu vəziyyəti qəbul etməsi mümkün deyil. Ölkəmiz öz bölgəsində davamlı sülh və əmin-amanlığın bərqərar olması, sevimli xalqımızın hüquqlarının qorunması üçün hər cür səy göstərmək əzmindədir”.

DİGƏR XƏBƏRLƏR

Top