"Qarabağ"ın İsveçrəyə səfər proqramı açıqlandı


UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsveçrənin “Sürix” komandası ilə üz-üzə gələcək Ağdamın “Qarabağ” klubunun səfər proqramı açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, Ağdam təmsilçisi iyulun 25-də İsveçrəyə yollanacaq.
Komandanı Sürix şəhərinə aparacaq təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.
İyulun 26-da Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, saat 21:00-da komandanın açıq məşqi olacaq.
Qeyd edək ki, iyulun 27-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Xatırladaq ki, iyulun 19-da baş tutan ilk görüşdə təmsilçimiz 3:2 hesabı ilə qalib gəlib.

DİGƏR XƏBƏRLƏR

Top