Ukrayna ordusunda xidmət edən qadınların sayı açıqlandı


Ukrayna Silahlı Qüvvələrində xidmət edən qadınların sayı açıqlanıb.
Yeniavaz.com
“Unikform”a istinadla xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar Kiyevdə keçirilən Birinci Xanımlar və Cənabların II Beynəlxalq Sammiti zamanı bildirib.
"38 min qadın hərbi qulluqçu ilə yanaşı, Ukrayna Silahlı Qüvvələrində çalışan mülki qadınlarımız da var. Ona görə də ümumilikdə Silahlı Qüvvələrdə 50 mindən çox qadın var. Bu gün ön cəbhədə 5 mindən çox qadınımız var”, - Malyar bildirib.
O qeyd edib ki, Ukrayna bu gün NATO üzvü olan ölkələrdə daxil olmaqla Silahlı Qüvvələrdəki qadınların sayına görə ən yüksək göstəricilərdən birinə malikdir.

DİGƏR XƏBƏRLƏR

Top