Çay qurudu, 3400 illik şəhərin qalıqları ortaya çıxdı


İraqda aylarla davam edən həddindən artıq quraqlıqdan sonra 3400 illik şəhərin qalıqları ortaya çıxıb.
Yeniavaz.com
Farsnews-ə istinadən xəbər verur ki, arxeoloqlar antik şəhərin eramızdan əvvəl 1550-1350-ci illərdə Dəclə çayının sahilində hökmranlıq edən Mitanni İmperatorluğunun mühüm mərkəzi olan Zaxiku şəhəri olduğu güman edirlər. 
Tapıntılar arasında günəşdə qurudulmuş çiy kərpicdən tikilmiş yaxşı qorunmuş divarlar var. Bəzilərinin Mosul bəndinin inşasından sonra 40 il su altında qaldığı bildirilir.
Bölgənin bu şəkildə yaxşı qorunub saxlanmasının səbəbi e.ə. 1350-ci ildə şəhəri yerlə-yeksan edən zəlzələnin olduğu təxmin edilir. 
Arxeoloqlar divarlar, qüllələr, istehkamlar və böyük anbar binası da daxil olmaqla şəhərin çox hissəsini uğurla xəritələşdiriblər. Ərazidə 100-dən çox mixi lövhə olan beş keramika qab aşkar edilib. Tədqiqatçılar ümid edirlər ki, şəhərdə baş verən zəlzələdən qısa müddət sonra tarixə malik bu qədim yazılar Mittani İmperiyasının sonunda bölgədəki həyat haqqında mühüm məlumatlar verəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top