Pomidorun qiyməti niyə bahalanır?- Video

Son günlər bazarlarda pomidorun qiymətində kəskin bahalaşma müşahidə edilir. Qiymətlər məhsula görə 2-5 manat arasında dəyişir. Satıcılar qiymət artımını məhsul qıtlığı ilə əlaqələndirirlər.

Yeniavaz.com "Xəzərxəbər"ə istinadən xəbər verir ki, mövsümü olmasına baxmayaraq, pomidorun qiymətindəki bu artım alıcıların narazılığına səbəb olur.

Ekspertlər pomidorun Rusiyaya ixracı artdığı üçün bahalaşdığını deyirlər. Yaxın günlərdə sahələrdə yetişdirilən pomidor satışa çıxarılacaq. Bundan sonra məhsulun qiymətinin enəcəyi gözlənir.

DİGƏR XƏBƏRLƏR

Top