Mikroavtobus 3 baş camışı vuraraq qəzaya düşdü - Fotolar


Şəkidə “Vito” markalı mikroavtobus qəzaya düşüb.

Yeniavaz.com Qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib.

Qax istiqamətində hərəkətdə olan Balakən sakini Yaşar Süleymanova məxsus “Vito” markalı sərnişin daşıyan mikroavtobus yolla hərəkət edən 3 baş camışı vurub.

Qəzadan sonra “Vito” yoldan çıxaraq ağaca dəyib. Hadisə nəticəsində avtomobildə olanlar ciddi xəsarət almayıb, üç baş camış tələf olub.

Faktla bağlı araşdırma aparılır.


DİGƏR XƏBƏRLƏR

Top