Türkiyənin Kilis rayonunda film çəkilişi zamanı partlayış olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən bildirir ki, partlayış zamanı “49” adlı filmin aktyoru İsmail Hacıoğlu yaralanıb.
Bildirilir ki, çəkiliş zamanı partlayıcı qurğu vaxtdan əvvəl işə salınıb. Aktyora çəkiliş meydançasında təcili yardım maşınında ilkin tibbi yardım göstərilib.