ÜST fövqəladə vəziyyət elan etdi


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom meymunçiçəyi xəstəliyinə görə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, baş direktor müvafiq qərarı bu gün brifinqdə açıqlayıb.
"Bizim çox az anlayışımız olan və beynəlxalq sağlamlıq qaydalarına uyğun meyarlara cavab verən yeni ötürülmə üsulları vasitəsilə dünyada sürətlə yayılan bir epidemiya var. Bu səbəblərə görə mən qərar verdim ki, qlobal meymun çiçəyi xəstəliyinin yayılması fövqəladə vəziyyətidir".
Bundan əvvəl ÜST-nin fövqəladə hallar komitəsi iyulun 21-də keçirilən ikinci iclasında bu məsələ ilə bağlı konsensusa gələ bilməyib.
Təşkilat rəhbərinin sözlərinə görə, hazırda 75 ölkə və ərazidə 16 mindən çox yoluxma halı və beş ölüm halı var.

 

DİGƏR XƏBƏRLƏR

Top