Mingəçevirdə "Kənd gənclərinin yay düşərgəsi"nə start verilib


Gənclər və İdman Nazirliyi tərəfindən Mingəçevirdə “Kənd gənclərinin yay düşərgəsi”nə start verilib. Gənclər üçün Mingəçevir Kür Olimpiya Tədris İdman Mərkəzində yaradılan şəraitlə tanış olduq.  
Yeniavaz.com saytına düşərgə ilə bağlı məlumat verən nazirliyin əməkdaşı Elşən Hüseynov bildirdi ki, əsas məqsəd nazirliyin iş planına əsasən yay mövsümündə respublikanın 14 rayon və şəhərində gənclər üçün düşərgələrin keçirilməsi planlaşdırılıb: "Artıq 3 bölgədə Astarada,Yardımlıda və Mingəçevirdə düşərgələr salınıb. Bu düşərgələr sentyabr ayının 15-dək davam edəcək. Təxminən düşərgəyə 2000 gəncin cəlb edilməsi qarşıya bir məqsəd kimi qoyulub. Düşərgələrin keçirilməsi müxtəlif aspektlərdən yanaşılır. Mən Mingəçevirdə yerləşən düşərgəmiz haqqında məlumat vermək istəyirəm. Onu da deyim ki, bütün düşərgələrin bir devizi var “əylənərək öyrənirik”. Düşərgənin qaydası burada istirahət etməkdir, həm də bununla yanaşı gənclərlə təlimlərin keçirilməsi, gənclərə yaşam bacarıqlarının öyrədilməsidir. Əsasən kənd bölgələrindən gələn gənclərlə (bu gün kənd yerlərində əsas problemlərdən biri məşğulluqla bağlıdır) bununla bağlı məsələlərdə KOBİ-nın dostları təşkilatından gənc sahibkarı dəvət etdik və o sahibkarla gənclərin görüşünü keçirdik. Ümumiyyətlə düşərgəyə qazilər, şəhid ailələrinin övladları, az təminatlı ailələrin övladları qatılıblar. Nazirliyin əsas məqsədi bu kimi düşərgələrdə kənarda qalan digər gəncləridə bu düşərgələrə də cəlb etmək və onların da asudə vaxtlarının səmərəli təşkilinə bir töhvə verməkdir. Qeyd edim ki, düşərgəmiz 100 gəncin iştirakı ilə 5 gün davam edəcək”. 
Düşərgədə proqrama uyğun olaraq, təlim, yarış, müsabiqə və əyləncəli tədbirlər təşkil olunur.
Düşərgədə iştirak edən 44 günlük vətən müharibəsinin iştirakçısı tağım komandiri, Qusardan gəlmiş gənc Şəmsibalayeviç Murad öz təəssüratlarını bizimlə bölüşərkən bildirdi ki, əvvəlcə prezident İlham Əliyevə təşəkkür edərək qazilərə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib. Murad deyir ki, biz burada görmədiklərimizi görürük, bilmədiklərimizi öyrənirik. Bu düşərgə bizə bir stimul verir. Mingəçevirə ilk dəfə gələn gənc deyir ki, bu şəhəri çox bəyəndim. Fürsətdən istifadə edib Mingəçevir Kür Olimpiya Tədris İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyevə hər an yanımızda olduğuna görə Qusar şəhər rəhbərliyinə, İdman idarəsinə, Gənclər və İdman Nazirliyinə bizə bu şəraiti yaratdıqlarına görə öz təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, kənd gəncləri üçün bu tipli düşərgə ilk dəfədir keçirilir.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top