Vladimir Zelenski Qazaxıstan prezidentinə təşəkkür edib


Ukrayna prezidenti Vladimir Zelenski Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı qondarma "Donetsk" və "Luqanski" respublikalarını tanımadığı üçün təşəkkür edib.
Yeniavaz.com
UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti açıqlama verib.
Zelenski deyib ki, o Ukraynanın ərazi bütövlüyünə verdiyi prinsipial dəstəyə görə Qazaxıstan prezidentinə təşəkkür edib. 
Zelenski həmçinin iqtisadiyyat, enerji, rəqəmsallaşdırma sahələrində konkret əməkdaşlıq layihələrinin müzakirə edildiyini və ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırdığını qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top