
Vətən Müharibəsi zamanı yayılan görüntüləri ilə məşhurlaşan qazi Rüstəmov Elməddinin restoranların birində ofisiant işləməsi sosial şəbəkələrdə gündəm olub.
Yeniavaz.com xəbər verir ki, həmin qazinin ofisiant işləməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Videonu çəkən şəxsin “Nə oldu? Yol çəkirdin, video çəkirdin, nə bilim qan edirdin, indi gəlib burda ofisiant işləyirsən?” sualına qazi belə cavab verib:
“Halal zəhmətimizlə çörək qazanırıq. Nə olub ki?”
Bu görüntülər qısa zaman ərzində sosial şəbəkələrdə sürətlə yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub.
Həmin kadrları təqdim edirik: