Bakıda ağaclar kökündən çıxarıldı - Video+Yenilənib


Paytaxtın Səbail rayonu ərazisində yol kənarındakı ağacların kəsilməsi ilə bağlı fakt təsdiqini tapıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Oxu.Az-a sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
O bildirib ki, qurumun əməkdaşları tərəfindən aparılan araşdırma zamanı sözügedən ünvanda üç ağacın kökündən çıxarıldığı müəyyən edilib:
“Hazırda ağacların hansı təşkilat tərəfindən götürüldüyünün müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir. Araşdırma başa çatdıqdan sonra təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görüləcək”.


***10:20
Bakıda yolu genişləndirmək üçün ağacların kəsildiyi iddia edilir. 

Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Belə ki, söhbət paytaxtın Qurban Abbasov küçəsindən gedir.
Vətəndaş bildirib ki, sözügedən ünvanda avtomobil yolunun genişləndirilməsi üçün ağaclar köçürülür.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırma aparılır.
Həmin kadrları təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top