Zelenski Ukraynadan ixrac ediləcək taxılın miqdarını açıqladı


Ukrayna Prezidenti Volodimir Zelenski ölkədəki ixraca hazır taxılın dəyərini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yayımladığı müraciətində bildirib.
"Ötən ilki taxıl məhsulunun 20 milyon tona yaxını ixrac olunacaq. Builki məhsulu da - artıq yığılır - satmaq olar. Bu, həm fermerlərin, həm bütün kənd təsərrüfatı sektorunun, həm də dövlət büdcəsinin gəliridir. Bu, iş yerləridir. İndi bizim təqribən 10 milyard dollar dəyərində ixraca hazır taxılımız var”, - deyə Zelenski qeyd edib.
Zelenski əlavə edib ki, taxıl ixracı üçün dəhlizin yaradılması ilə bağlı İstanbulda imzalanmış sazişin icrasına nəzarəti təmin etmək üçün BMT-yə etibar edib.
"Rusiya tərəfindən hansısa təxribatlar ola bilər. Amma biz BMT-yə güvənirik. İndi onların və beynəlxalq tərəfdaşlarımızın məsuliyyəti müqavilələrə əməl olunmasına zəmanət verməkdədir", - Ukrayna prezidenti bildirib.

DİGƏR XƏBƏRLƏR

Top