Ceyhun Bayramov Rusiya XİN-in xüsusi nümayəndəsilə görüşdü


İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Bu barədə Yeniavaz.com-a Azərbaycan XİN-dən məlumat verilib.

Görüşdə bölgədəki cari vəziyyət ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində müxtəlif istiqamətlər üzrə atılan addımlar üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyini vurğulayıblar. Normallaşma prosesinin irəli aparılması və konkret nəticələrin əldə edilməsi üçün bütün səylərin səfərbər edilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

DİGƏR XƏBƏRLƏR

Top