Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs saxlanıldı


Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Həmin görüntülər sosial şəbəkələrdə yayılandan sonra polis tərəfindən dərhal araşdırma aparılıb və həmin videonun müəllifinin Əmrah Məhərrəmov olması müəyyən edilərək saxlanılıb.
Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada 20 sutka həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top