Səs yazısı yayılan müəllim işdən çıxarıldı


Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin attestat və digər işlərlə bağlı valideyndən pul tələb etdiyi əks etdirən səs yazısı yayılıb.

Yeniavaz.com xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.az-a bildirilib ki, müəllim dərhal işindən azad edilib: “Müəllimin adını deməyi düzgün hesab etmirik. Məktəb rəhbərliyi ilə bağlı isə məzuniyyətdən qayıtdıqdan sonra qanunvericiliyə uyğun tədbir görüləcək”.

DİGƏR XƏBƏRLƏR

Top