Gülər Paşayeva Mərkəzi Bankın yeni baş direktoru oldu

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Gülər Azər qızı Paşayevanı qurumun baş direktoru vəzifəsinə təyin edib.
Yeniavaz.com xəbər verir ki, Gülər Paşayeva Mərkəzi Bankda ötən ayın əvvəlindən işləyir.
Daha əvvəl  “PAŞA Bank” ASC-də işləyib. Əmək fəaliyyətinə 2011-ci ildə kassir vəzifəsindən başlayıb, 2012-ci ilin yanvar-avqust aylarında Bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentinin Korporativ katiblik şöbəsinin kolleqial orqanlarla iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmin departamentin Hüquq şöbəsinin məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ Katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb, bu il iyunun 1-dən isə AMB-nin komandasına qoşulub, sədrin müşaviri olub.

DİGƏR XƏBƏRLƏR

Top