Xırdalanda dəmir barmaqlıqlar arasında qalan azyaşlı belə xilas edildi - Video


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər azyaşlının başının dəmir barmaqlıqlar arasında qalması barədə məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2015-ci il təvəllüdlü uşağın başı beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsinin dəmir barmaqlıqları arasında sıxılı halda qalaraq təhlükəli vəziyyətə düşüb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağı xilas edərək ailəsinə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top