Rusiya Avstraliyanın “Maqnitski qanunu” çərçivəsində Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla, 39 Avstraliya vətəndaşına qarşı sanksiya tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada, Avstraliyanın sanksiyalarına cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla 39 Avstraliya vətəndaşının Rusiyaya girişinin qadağan edildiyi açıqlanıb.
“Avstraliyada “Maqnitski qanunu”na əsasən sanksiyaların tətbiqi qərarına cavab olaraq Rusiya Federasiyasının, Avstraliyanın hüquq-mühafizə orqanlarının, sərhəd xidmətinin və müdafiə sektorunun podratçı şirkətlərinin 39 əlavə nümayəndəsi qadağan olunmuş şəxslər siyahısına salınıb”, - bəyanatda deyilir.
Sanksiya siyahısına Avstraliya daxili işlər nazirinin müavini Mark Ablonq və Endryu Kefford kimi şəxslər də daxildir.