Macarıstanda “Fehervar”a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnən “Qəbələ”nin futbolçusu İlkin Qırtımovun son durumu açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Report-a, 32 yaşlı müdafiəçinin xəstəxanaya yerləşdirildiyini deyib.
O, sistem köçürülən oyunçunun altı saat həkim nəzarəti altında qalacağını bildirib.
***21:48
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qəbələ"nin futbolçusu İlkin Qırtımov ağır zədə alıb.
Yeniavaz.com xəbər verir ki, Macarıstanda "Fehervar"a qarşı keçirilən oyunda rəqib oyunçu ilə toqquşmadan sonra 32 yaşlı müdafiəçinin dili qatlanıb.
Sözügedən anların görüntülərini təqdim edirik: