Türkiyədə zəlzələ olub


Türkiyənin Mərmərə bölgəsində zəlzələ baş verib.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təbii fəlakət və Fövqəladə Halların idarə olunması agentliyi (AFAD) Balıkəsir vilayətinin Gönen rayonunda baş verən zəlzələnin maqnitudasının 4,6, Kandilli Rəsədxanasında isə 4,8 bal gücündə olduğunu açıqlayıb.
Ətraf şəhərlərdə də hiss edilən zəlzələ qısamüddətli panikaya səbəb olub.
12 kilometr dərinlikdə olan zəlzələ ilk məlumata görə dağıntılara səbəb olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top