DİN-dən İçərişəhərin Qala divarını yazanlar barədə - Açıqlama


"Bir sıra KİV-də və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb".

Yeniavaz.com xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Onun sözlərinə görə, həmin yazılar bir müddət əvvəl yazılıb və bunu edən şəxslər müəyyən olunublar.

"Dövlət qoruğuna dəymiş maddi ziyan isə ödətdirilib. Lakin həmin yazıların təmizlənməsi xüsusi qaydada həyata keçirildiyi üçün xaricdən mütəxəssislər dəvət edilib. Hazırda onların gəlişi gözlənilir", - DİN rəsmisi əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top