Kremldən Putinin səhhəti ilə bağlı açıqlama


Kreml Rusiya prezidenti Vladimir Putinin xəstə olması ilə bağlı iddialara münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov 69 yaşlı Putinin səhhətinin yaxşı olduğunu deyib və xəstəlik iddialarını "saxta xəbər" adlandırıb.
Qeyd edək ki, Rusiya liderinin Tehrana səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğan və İran lideri İbrahim Rəisi ilə görüşməsindən sonra arabir öskürməsi xəstəlik fərziyyələrini artırıb.
Putin isə öskürməsi ilə bağlı bunları demişdi: “Tehranda hava çox isti idi və kondisionerlər çox güclü işləyirdi. Ona görə də üzr istəyirəm”.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns də Putinin xərçəng və ya Parkinson xəstəliyinə tutulması ilə bağlı iddialar barədə “son dərəcə sağlamdır”ifadəsini işlədib.

DİGƏR XƏBƏRLƏR

Top