Hərbi Prokurorluğun 4 əməkdaşı məsuliyyətə cəlb edilib


Hərbi Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb, bu sahədə aşkar olunan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlərin görülməsi təmin edilib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bunu Hərbi Prokurorluğundan 2022-ci ilin birinci yarımilliyin yekunlarına dair kollegiya iclasda Hərbi prokuror Xanlar Əliyev deyib.
Qeyd olunub ki, 2022-ci ilin birinci yarısında xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 4 əməkdaş intizam məsuliyyətinə cəlb olunub.
O bildirib ki, 2021-ci ilin birinci yarımili ilə müqayisədə 2022-ci ilin birinci yarısında qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 30 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 88,9 faiz azalıb.
“Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 40 faiz və xuliqanlıq cinayətləri 25 faiz azalmasa müşahidə olunur”.

DİGƏR XƏBƏRLƏR

Top