Xocavənddə yanğın olub: Helikopter cəlb edildi - Video


Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xocavənd rayonunun Günəşli kəndi istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazidə baş vermiş yanğın söndürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top