Türkiyənin Moskvadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilir

Türkiyənin Moskvadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilir. Etirazçılar Xalqların Demokratik Partiyasının millət vəkillərinin azadlığıa buraxılmasını tələb edirlər. Səfirliyin qarşısında fəallar toplaşıb, onlar üzərində 3 -rus, türk və kürd dillərində “Terrora və həbslərə yox!”, “Deputatlara və icra başçılarına azadlıq” yazılan plakatlar qaldırıblar. Qeyd edək ki, ötən gün HDP sədri Səlahəddin Dəmirtaş və digər 4 deputat barədə həbs qətimkan tədbiri seçilib. qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top