Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində (Şamaxı rayonu istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 21 iyul saat 10:00-dan etibarən yolun qeyd edilən hissəsində bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top