Putin ruslara “Coca-Cola” əvəzinə bu içkini içməyi "əmr etdi"


Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının Ukraynada başlatdığı müharibə səbəbindən istehsalçısı bazarı tərk edən “Coca-Cola” içkisini İvan çayı ilə əvəz etməyi "əmr edib".
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Putinin yerli içki istehsalı ilə bağlı qərarına dair sənəd Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin müzakirəsinə çıxarılacaq.
“Həqiqətən də, bu (İvan çayı – TASS) əlbəttə ki, bir növ “Coca-Cola”dan daha faydalıdır, yalnız kimya var”, - Putin bildirib.
Xatırladaq ki, “Coca-Cola HBC” artıq Rusiyada “Coca-Cola” içkisini və ya digər brendlərinin məhsullarını istehsal etməyəcək və satmayacaq. Şirkət və müştəriləri indi inventarlarını satırlar. Rusiyada şirkətin 10 fabriki var.

DİGƏR XƏBƏRLƏR

Top