AZAL qiyməti 206 milyon dollar olan 4 təyyarə alır - Foto


“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti öz hava gəmiləri parkını dörd yeni müasir "Boeing 787-8 Dreamliner" avialayneri ilə genişləndirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları"nın Mətbuat xidməti məlumat yayıb. 
Bu gün AZAL-ın prezidenti Cahangir Əsgərov və "Boeing Commercial Airplanes" şirkətinin prezidenti, mülki təyyarələr bölməsinin baş icraçı direktoru Sten Dil müvafiq anlaşma memorandumu imzalayıblar. Sənədin imzalanması Farnboroda keçirilən məşhur Aviasiya şousu ("Farnborough International Airshow" - Böyük Britaniya) çərçivəsində baş tutub.
Sözügedən hava gəmilərinin 2025 – 2030-cu illər ərzində Azərbaycana gətirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Boeing 787-8 Dreamliner" tipli təyyarələrin hazırkı orta dəyəri təxminən 206 milyon dollardır.

DİGƏR XƏBƏRLƏR

Top