“Ukraynada müharibə həlledici mərhələdədir” - Pentaqonun rəhbəri


“Ukraynada Rusiyanın başlatdığı müharibə həlledici mərhələdədir. Müttəfiqlərin və tərəfdaşların köməyi çox vacibdir”.
Yeniavaz.com
RBK-ya istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin bildirib.
"Bilirsiniz, bu, münaqişənin kritik mərhələsidir. Ona görə də bizim Ukraynaya kollektiv dəstəyimiz həyati və aktualdır. Rusiya hesab edir ki, o, Ukraynanı və bizi üstələyə bilər. Amma bu, Rusiyanın səhv hesablamalarının sonuncusudur", - Ostin deyib.
Onun sözlərinə görə, 30-dan çox ölkə Ukraynaya hərbi yardım göndərib. O, müttəfiqləri dəstəyi artırmağa çağırıb və həmçinin yardıma görə Polşa, Norveç və Britaniyaya təşəkkür edib.
Xatırladaq ki, bu gün Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun Ramşteyn formatında dördüncü iclası keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top