Jurnalistlər binasında yanğın baş verib


Jurnalistlər binasında yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a bildirilib.
"Bakı şəhərinin Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı və 2 m² sahədə ev əşyaları yanıb.
Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top