Əziz Məmiyev həbs edildi


Müsavat Partiyasının üzvü Əziz Məmiyev həbs edilib.
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, bu gün bir qrup şəxsin razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmələrinin qarşısı polis əməkdaşları tərəfindən alınarkən Salyan rayon sakini, hazırda Bakı şəhərində yaşayan 1993-cü il təvəllüdlü Məmiyev Əziz İltifat oğlu polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib:
"O, saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarı ilə Ə.Məmiyev inzibati qaydada həbs edilmişdir".

DİGƏR XƏBƏRLƏR

Top