
Muğam ustası, tanınmış xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov illər sonra ilk dəfə Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərinə səfər edib.
Yeniavaz.com xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata əsasən o, səfər zamanı atasının məzarını ziyarət edib.
Qeyd edək ki, uşaqlıqda aparıcı kimi tanınan Bəxtiyar Məmmədov hazırda ABŞ-da yaşayır.

