“Bakubus” sürücüləri parkdan tualet kimi istifadə edirlər?


Dərnəgül metro stansiyası ətrafında 2-ci Qarabağ şəhidlərinin xatirəsinə salınmış parkın “Bakubus” sürücüləri tərəfindən tualet kimi istifadə olunduğu iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gələcək Azərbaycan Partiyasının Mərkəzi İcra Aparatının sədri Rəşid Nazim sosial şəbəkə hesabında paylaşım edib.
“Dərnəgül metro stansiyası ətrafında 2-ci Qarabağ şəhidlərinin xatirəsinə salınmış park Bakı Nəqliyyat Agentliyinin və “Bakubus” rəhbərliyinin məsuliyyətsizliyinin nəticəsində sürücülər tərəfindən tualet kimi istifadə olunur. O ərazidən iy və qoxudan gedib gəlmək mümkün deyil, ayıbdır. 21-ci əsrdə yaşayırsınız. İndi nə nar ağacın altında çimilən, nədə ki, kol dibinə oturulan zaman deyil. Orada bir tualet düzəltmək o qədər çətin işdir? Məlumat üçün deyim ki, (sözügedən ərazi) 3, 88 və 93 nömrəli marşrutların son dayanacağıdır”, - paylaşımda bildirilib.
BNA-nın sözçüsü Mais Ağayev Yeniavaz.com-a bildirib ki, məsələnin onlara aidiyyəti yoxdur.
"Bakubus"la isə əlaqə saxlamaq mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top