Buğda ucuzlaşmağa başlayıb


Qazaxıstan buğdasının qiyməti ucuzlaşmaqda davam edir. 
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazır.
Bildirilir ki, səbəb ucuz Rusiya taxılının tədarükünün bərpasıdır. Hazırda Rusiya ilə sərhəddə buğdanın tonunu 140 min tenge (290 dollar) almaq olar. İdxal olunan taxıl ƏDV ilə birgə 150 ​​min tengeyə (311 dollar) təklif olunur. Bu səbəbdən də Qazaxıstan fermerləri də qiymətləri eyni səviyyəyə endirməli olublar.
Xatırladaq ki, Rusiya taxılının Avropa ölkələrinə tədarükünə martın ortalarından iyulun əvvəlinə qədər qüvvədə olan qadağa dövründə üçüncü sinif buğdanın bir tonunun qiyməti 180 min tenge/tona (373 dollar) qədər yüksəlib.
Qazaxıstan taxılının alıcıları artıq qiymət mühitinin dəyişməsinə reaksiya veriblər. O cümlədən, özbək alıcılar hazırda taxılın tonunu 350 dollar (indiki məzənnə ilə 168 min tenge) təklif edirsə, iyunun ortalarında 450 dollar verirdilər.
Bununla yanaşı, qiymətlərin daha da ucuzlaşacağını gözləyir. Kütləvi yığımın başlanması ilə qiymətlərin 130 min tenge/tona (270 dollar) enməsi gözlənilir.
Qeyd edək ki, hazırda Rusiyanın daxili bazarında buğdanın qiyməti regiondan asılı olaraq 12 300-14 300 rubl/ton (225-260 dollar) arasında dəyişir.

DİGƏR XƏBƏRLƏR

Top