Putin və Ərdoğan Qarabağ məsələsini də müzakirə ediblər


Ötən gün Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Tehranda Astana formatında keçirilən sammit çərçivəsində Suriya nizamlanması və ikitərəfli gündəliyə dair məsələlərlə yanaşı Qarabağ problemini müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Suriya nizamlanması ilə bağlı çoxlu suallar var, perspektivli böyük ikitərəfli layihələr irəliləyir və inkişaf edir. Digər mühüm məsələ bizim baxış bucağımızdadır - Qarabağ probleminin həlli", - Rusiya prezidenti bildirib.
Putin bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdüyünü də xatırladıb:
“Ondan sizə böyük salam var. Çox böyük gündəmimiz var”.
Xatırladaq ki, ötən gün Tehranda Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top