
Fiziki fəaliyyətin beyin sağlamlığına birbaşa təsir etdiyi məlumdur. Daha çox oksigen tələb edən fəaliyyətlər və ya məşqlər isə beyin üçün daha faydalıdır.
Yeniavaz.com beyin üçün məlhəm xarakterli belə fəaliyyətlərdən ən vacib beşini təqdim edir:

1-Uzun gəzintilər etmək
Uzunmüddətli gəzintilər əhval-ruhiyyəni yaxşılaşdırmaqda və stress hormonlarını cilovlamaqda ən təsirli vasitələrdəndir. Gəzinti depressiyanın müalicəsində antidepresan dərmanlar qədər faydalıdır. Stresslə artan iltihab yükü zehni çaşqınlığa və beyin filtrasiya sistemlərinin effektiv işləməməsinə səbəb olur. Stress həm də yaddaş və idrak performansında mühüm rol oynayan hipokampusdakı sinir hüceyrələrinin ölümünə səbəb olur və hipokampusun kiçilməsinə səbəb olur. Buna görə də bol oksigenlə açıq havada uzun gəzintilər etdikdə bədəninizdə serotonin, dopamin və norepinefrin ifrazı artır və özünüzü çox xoşbəxt hiss edirsiniz. Bu hormonlar həm də sinir sisteminizi sakitləşdirir, stressi azaldır və daha rahat yatmağınıza imkan verir.

2-Qaçış
Xüsusilə sprintinq adlanan qısa, lakin intensiv qaçış məşqləri, məsələn, 30 saniyə qaçış, fasilə və sonra yenidən sprintinq, beyin böyümə hormonu BDNF-ni hər hansı digər aerobik məşqlərdən çox artırır. Beləliklə, nevroplastikliyi artırmaq üçün birbaşa beyinə yönəlmiş bir məşq axtarırsınızsa, 30 saniyə bütün gücünüzlə qaçın, sonra bir müddət istirahət edin, başlanğıcda bir dəfə etsəniz belə, zamanla bu prosesin miqdarını artırın. Bir çox elmi araşdırmalarla sübut edilmişdir ki, BDNF-nin artması yaddaşı yaxşılaşdırır, yeni sinir hüceyrələrinin əmələ gəlməsinə təkan verir və beyindəki tullantıları təmizləyir.

3- Velosiped sürmək
Çöldə və ya evdə stasionar velosiped sürmək beyinə qan axını artırır. Artan qan axını beyin funksiyasının yaxşılaşdırılmasından məsul olan mexanizmləri dəstəkləyir.

4-Pilləkənləri qalxmaq
Elmi araşdırmalarda məlum olub ki, hər gün pilləkənləri qalxan insanların beyin yaşları yaşıdlarından bir il kiçikdir. Nərdivandan istifadə edən gənclərin beyin yaşının irəli yaşlarındakı yaşıdlarına nisbətən daha gənc olmasının başda demans olmaqla bir çox xəstəliyin qarşısını aldığı vurğulanıb.
5- İplə tullanma
Bu məşq beyninizin sol və sağ yarımkürələrinin inkişafına kömək edir və yaddaşı gücləndirir. Bunu müntəzəm və uzun müddət etməyə çalışın.