Ukraynada azad edilməli olan yaşayış məntəqələrinin sayı açıqlandı


“Bu günə kimi ukraynalı müdafiəçilər Ukraynanın mindən çox şəhər və kəndini rus işğalçılarından azad ediblər. Daha 2500-dən çox kiçik kənd və qəsəbə işğaldan azad edilməlidir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
Müdafiə naziri vurğulayıb ki, işğal olunmuş ərazilərin işğaldan azad edilməsinin sürəti silahların əldə olunma tempindən asılıdır:
"Rusiya, şübhəsiz ki, məğlub ola bilər. Ukrayna artıq bunun necə edilə biləcəyini göstərib və indi hər şey azad dünyanın bizə silah təmin etməkdə nə dərəcədə hazır olmasından asılıdır. Əgər vaxtında kifayət qədər silah əldə etsək, torpaqlarımızı azad edəcəyik".
Onun fikrincə, Rusiya yalnız döyüş meydanında sarsıdıcı zərbələr aldıqdan sonra danışıqlar masasına oturacaq və yalnız məğlub olandan sonra Ukrayna ilə ciddi söhbətə açıq olacaq.

DİGƏR XƏBƏRLƏR

Top