Putin və Ərdoğanın Tehranda görüşü başlayıb


Tehrana gələn Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş keçirir.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.
“Rusiya-Türkiyə əməkdaşlığının əsas məsələlərini, ticarət-iqtisadi sahədə flaqman layihələrin həyata keçirilməsini müzakirə edəcək, həmçinin bir sıra məsələləri ətraflı nəzərdən keçirəcəklər. Beynəlxalq mövzular, o cümlədən Ukrayna ətrafındakı vəziyyət və Ukrayna taxılının ixracı məsələsi müzakirə olunacaq”, - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top