Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.