
Bu ilin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 702 mənzil satın alıblar.
Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar ötən ay Türkiyədən 131 mənzil alıblar.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin iyun ayında Türkiyədən ev alan azərbaycanlıların sayı azalıb. Belə ki, 2021-ci ilin iyun ayında azərbaycanlılar Türkiyədən 164 mənzil alıblar.
Onu da bildirək ki, son 8 ildə Azərbaycan vətəndaçları Türkiyədn 8 min 175 mənzil alıblar:
İllər | Mənzillərin sayı |
2015 | 815 |
2016 | 610 |
2017 | 942 |
2018 | 1 250 |
2019 | 1 191 |
2020 | 1 279 |
2021 | 1517 |
2022 Yanvar-İyun |
702 |
Cəmi | 8 306 |