Sabahın havası açıqlandı


İyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, havanın temperaturu gecə 22-26° isti, gündüz 31-35° isti, Bakıda gecə 24-26° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top