Beynəlxalq Kimya Olimpiadasında 4 azərbaycanlı medal qazanıb - Foto


10-18 iyul 2022-ci il tarixlərində Çində 54-cü Beynəlxalq Kimya Olimpiadası (IChO) onlayn şəkildə təşkil edilib. Olimpiadada Bakı Dövlət Universitetinin nəzdindəki “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Nəriman Şirinli gümüş medal, Təhsil Nazirliyinin tabeliyindəki Gəncə şəhəri Fizika-riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Məhsəti Piriyeva, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Dəniz Səttarlı və  Astara rayonu Pensər kənd Z.Əhmədzadə adına 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynov  bürünc medal qazanıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
"Şagirdlərimizi qazandıqları uğur münasibətilə təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayırıq", - məlumatda bildirilib.


DİGƏR XƏBƏRLƏR

Top