Şəkidəki kütləvi xəstəliklə bağlı - Açıqlama+Yenilənib


Daxili İşlər Nazirliyi Şəkinin Yeni Çələbixan qəsəbəsində sakinlər arasında baş verən mənşəyi məlum olmayan kütləvi xəstəliklə bağlı məsələyə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru,polis baş leytenantı Mahir Məsimov Yeniavaz.com-a bildirib ki, müvafiq qurumlar qəsəbədə olub, analiz üçün müvafiq nümunələr götürülüb:
“Dünən axşam saatlarından başlayaraq Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində yaşayan bir qrup sakin, qızdırma, ishal və qusma əlamətləri ilə xəstəxanaya müraciət edib. Həkimlər tərəfindən onlara tibbi yardım göstərilib və evə buraxılıblar. Məsələ ilə bağlı Rayon Polis Şöbəsi, prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları həmin qəsəbədə olublar. Müvafiq nümunələr götürülüb və ekspertizaya təqdim edilib. Hazırda faktla bağlı Şəki Şəhər Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır”.


***10:40
Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədən bir gündə 58 nəfər xəstəxanaya müraciət edib.
Yeniavaz.com
 xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində 41 nəfəri yetkinlik yaşına çatmayan olmaqla, 58 nəfər sakin qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib.
Müraciət edən şəxslərə mənşəyi infeksion hesab edilən qastroenterit diaqnozu qoyulub, onlara ilkin müdaxilə edilib və evə buraxılıblar.
Həmin şəxslərin xəstəxanaya müraciət etmələrinin səbəbinin içməli su olduğu ehtimal edilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yeniavaz.com-a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top