Hikmət Həsənov birinci müavin təyin edildi


General-mayor Hikmət Həsənova yeni vəzifə verilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Unikal yayıb. Bildirilib ki, Hərbi Akademiyanın rəis müavini, general-mayor Hikmət Həsənov tutduğu vəzifədən azad edilib.

Digər əmrlə isə H. Həsənov Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyevin birinci müavini təyin edilib. 

Qeyd edək ki, H. Həsənov  2014-2021-ci illərdə Birinci Ordu Korpusunun komandiri olub.

DİGƏR XƏBƏRLƏR

Top