ABŞ-da zirehli maşından 100 milyon dollarlıq zinət əşyaları oğurlanıb


ABŞ-ın Kaliforniya ştatında zirehli maşınla yarmarkaya göndərilən 100 milyon dollardan çox dəyərində zinət əşyaları oğurlanıb.
Yeniavaz.com
ABŞ mətbuatına istinadla xəbər verir ki, San-Fransiskonun cənubundakı San Mateoda keçirilən Beynəlxalq Zərgərlik Sərgisinin direktoru Brendi Svanson oğurlanan zinət əşyalarının olduqca nadir olduğunu və dəyərinin 100 milyon dollardan çox olduğunu bildirib.
Svanson, yük maşınından 25-30 çanta oğurlandığını və nəticədə böyük maddi itki yaşadıqlarını deyib.
Federal Təhqiqatlar Bürosunun (FTB) Los-Ancelesdəki sözçüsü Laura Emiller, quldurluq hadisəsinin yük maşınının San Mateodan Pasadena Konqres Mərkəzində keçirilən tədbirə gedərkən Lankaster şəhərində baş verdiyini söyləyib.

DİGƏR XƏBƏRLƏR

Top