Gömrük Komitəsində iki birinci müavini olacaq


Prezident İlham Əliyev “Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

Yeniavaz.com xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra Dövlət Gömrük Komitəsinin sədrinin bir yox, iki birinci müavini olacaq. 

Belə ki, sözügedən əsasnamənin 5.5-ci bəndinin birinci cümləsindəki “bir” sözü “iki” sözü ilə əvəz edilib. 

Qeyd edək ki, dövlət başçısının bu gün imzaladığı sərəncamla Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib, ona sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası həvalə olunub.

DİGƏR XƏBƏRLƏR

Top