Ötən ay quru yolla Azərbaycana 60 min əcnəbi gəlib


Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 166 ölkəsindən 638,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, gələnlərin 41,7%-i və ya 266,3 min nəfəri dəmir yolu və avtomobildən istifadə edib. Təkc iyun ayında ölkəyə quru yolla (dəmir yolu və avtomobil) 60 min əcnəbi daxil olub.
Məlumat üçün bildirək ki, koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqəsdilə Nazirlər Kabineti tərəfindən 2020-ci ilin aprel ayında Qərar qəbul edilib. Qərara əsasən Azərbaycan ərazisinə yerüstü nəqliyyatı yolu ilə giriş-çıxış (yükdaşımalar istisna olmaqla) dayandırılıb. Yalnız Naxçıvan Muxtar Respublikasında quru sərhədlər açıq olub.  Ötən ayın 20-dən etibarən Naxçıvanda da quru srhədlər bağlanıb.

A. Cəfərov                                                                                                                    

 

DİGƏR XƏBƏRLƏR

Top